“Azeri Light” neftinin bir bareli 44,67 dollara satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,07 dollar ucuzlaşaraq 44,67 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.