2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pensiyaçıların sosial müdafiəsi gücləndirilir

Pensiyaçıların sosial müdafiəsi gücləndirilir

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncam imzalayıb

2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş illik artım tempinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bu, hər il atılan bir addımdır: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində qeyd edilir ki, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir".

Qeyd olunub ki, keçən ilədək pensiyaların sığorta hissəsi əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya səviyyəsinə uyğun qaydada hesablanıb artırıldığı halda, hazırda əmək pensiyalarının artım səviyyəsi əvvəlki il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə uyğun müəyyən edilir ki, bu da düzgün və yerində verilmiş bir qərar idi.

Fəxriyyə İKRAMQIZI

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?