Pensiyaçıların sosial müdafiəsi gücləndirilir

2019.02.12 10:23 (UTC+04:00)

2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş illik artım tempinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bu, hər il atılan bir addımdır: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində qeyd edilir ki, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir".

Qeyd olunub ki, keçən ilədək pensiyaların sığorta hissəsi əvvəlki il ərzində ölkə üzrə qeydə alınmış istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya səviyyəsinə uyğun qaydada hesablanıb artırıldığı halda, hazırda əmək pensiyalarının artım səviyyəsi əvvəlki il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəlməsi tempinə uyğun müəyyən edilir ki, bu da düzgün və yerində verilmiş bir qərar idi.

Fəxriyyə İKRAMQIZI