2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

5336 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 4-5-də keçirilən monitorinqlərdə Binəqədi rayonunda “Bizim market”də, “Sev al market”də, “Tayqa mağazası”nda, “Aptek-Azeri Med”də, Xətai rayonunda “Nur market”də, "İslam market”də, “Bazarstore”da, “Sevimli dad” mağazasında, “Bumbuz pivə” ictimai iaşə obyektində, Xəzər rayonunda “Elit market”də, “Elvin Market”də, “Araz Market”də, “Rahat Market”də, “Mərdəkan market”də, “Sərfəli market”də, “Gəncə təndiri” ictimai-iaşə obyektində, Nəsimi rayonunda “Alvadı market”də, “Sünbül market”də, “Zeytun Aptek”də, Səbail rayonunda "Cadoro shop" mağazasında, “Billur market”də, “Continental market”də, “AL market”də, “Express market”də, “Bolmart”da, Yasamal rayonunda “Laləli market”də, “Fuad market”də, “Ləzzət şirniyyat” mağazasında, “32 çeşid ət mağazası”nda, “Əmi oğlanları” meyvə-tərəvəz dükanında, “Köz döner”, “Pakdad dönər” və “Nənəmin təndiri” ictimai-iaşə obyektlərində, “N.MED Center klinika”da, Suraxanı rayonunda “Ballı market”də, meyvə-tərəvəz bazarında, Sabunçu rayonunda “Super market”də, “Seyid market”də, “Kanal market”də, Nərimanov rayonunda “Araz market”də, “Dolu market”də, "İstanbul market”də, “Xəzər market”də, “Metromart” mağazasında, Nizami rayonunda “Grandmart” və “Az Qranata” mağazalarında, “Happy market” və “Oba Market”də, “Dokta Aptek”də, “Zeytun Aptek”də, Qaradağ rayonunda “Turan market”də, Gəncə şəhərində “Al market” və “Oba market”də, Abşeron rayonunda “Zeynəb market”də, “Saf market”də, “Ailə market”də, “El market”də, “Şok market”də, “Gənclik market”də, Şamaxı rayonunda Mehman Eyyubova məxsus “Market”də, Vidadi Qocayevə və Elçin Rəhimova məxsus ət dükanlarında, Elşad Nəcəfova məxsus məişət avadanlıqlarının təmiri xidmət obyektində, Rəvan Qəhrəmanova məxsus “Rose Park Ailəvi Məkan” ictimai-iaşə obyektində, Füzuli rayonunda “Əli Market”də, “Sədərək Ucuzluq” mağazasında, Bərdə rayonunda “Neptun 16” mağazasında, Orxan Bəxtiyarova məxsus ət dükanında, Ramin Cəfərova və İsmayıl İsmayılova məxsus meyvə-tərəvəz dükanlarında, Mübariz Alıyevə məxsus “Yem satışı” mağazasında, Xaçmaz rayonunda "Relax" xidmət obyektində, "Qlobus" məktəb ləvazimatlarının satışı mağazasında, ümumilikdə, monitorinq aparılmış 743 obyektin 277-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

Qeyd edək ki, mayın 22-dən iyulun 6-dək monitorinq aparılmış 11 min 291 sahibkarlıq subyektindən 5336-da zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb. Monitorinqlər davam edir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ