26 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 7-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 10 faizdir. İstiqrazlar 2022-ci il iyulun 5-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30 faizdən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?