9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hər bir vətəndaş üçün şəxsi sığorta kabineti yaradılıb

Hər bir vətəndaş üçün şəxsi sığorta kabineti yaradılıb

İcbari Sığorta Bürosu (İSB) tərəfindən hər bir vətəndaş üçün şəxsi sığorta kabineti yaradılıb.

İSB-dən bildirilib ki, ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib. Sığorta sektorunun inkişafı üçün Mərkəzi Bankın hazırlamış olduğu layihələrin tərkib hissəsi kimi sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə İcbari Sığorta Bürosu işləri uğurla davam etdirir. Bu məqsədlə İSB sığorta şəhadətnamələri və sığorta hadisələri barədə məlumatların elektron qaydada əldə edilməsi üçün elektron şəxsi kabinet xidmətini vətəndaşların istifadəsinə təqdim edib.
Şəxsi kabinetdən istifadə etmək üçün vətəndaş ilk növbədə İSB-in rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “ASAN İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür.

Beynəlxalq təcrübəyə əsaslanan şəxsi sığorta kabineti vətəndaşlara sığorta sirri, fərdi məlumatların məxfiliyinin qorunması kimi üstünlüklər verməklə yanaşı, sığorta hadisələri zamanı vaxt itkisinin qarşısının alınmasına da kömək edəcək.
Şəxsi sığorta kabinetində ilkin olaraq elektronlaşmış iki sığorta növü – “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta” üzrə məlumatların əldə edilməsi mümkündür.
Vətəndaşlar şəxsi sığorta kabinetinə daxil olaraq avtomobillərinin icbari sığorta tarixçəsi, həmçinin sığorta şəhadətnamələrinin müddəti barədə məlumat əldə edə bilərlər. Vətəndaşlar İSB-in istifadəyə verdiyi elektronlaşdırılmış digər sığorta növü üzrə işəgötürən tərəfindən hansı dövr ərzində sığortalandığı, müvafiq sığorta məbləği, ödənilən sığorta haqqı və s kimi ətraflı məlumat əldə edə bilərlər. Bu növ üzrə sığortatəminatının mövcud olub-olmaması qeyd olunan kabinetdə öz əksini tapmaqdadır.
İSB-in informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Sərnişinlərin icbari fərdi qəza sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”. Bu növlərin ikisi artıq elektronlaşdırılaraq istifadəyə verilib, digər növlərin elektronlaşdırılması istiqamətində Mərkəzi Bank və İSB intensiv işlər aparmaqdadır və yaxın vaxtlarda yeniliklərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?