17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət monitorinqləri davam etdirilir

Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət monitorinqləri davam etdirilir

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 18-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Oba market”də, “Unimart” mağazasında, "ANC GROUP" MMC-yə məxsus “Rahat market”də, Yasamal rayonunda Raqif İbrahimova məxsus “Tikinti materialları” mağazasında, "Alyans-Trio" MMC-yə məxsus “Şərab evi”ndə, Gülbəniz Bəşirovaya məxsus “Meyvə tərəvəz” pərakəndə ticarət obyektində, Xətai rayonunda “Ricco geyim” və “Gül dünyası” mağazalarında, Sərhad Bayramova məxsus “Ət mağazası”nda, Səbail rayonunda Eyvaz Fərəcova məxsus “Mağaza”da, Nizami rayonunda İmran Lətifova məxsus “Quru meyvə”, Vüqar Hüseynova məxsus “Ət mağazası” pərakəndə ticarət obyektlərində, Mansur Quliyevə və Ərəstun İsmayılova məxsus “Çayxana”larda, Gəncə şəhərində “Elnur Market”də, “Oba Market”də, “Playstation Club”da, Abşeron rayonunda “Panorama kafe”də, Elnur Abduləzimova məxsus “1001 xırdavat” ticarət və xidmət obyektində, İmişli rayonunda “Ekonom Market”də, “Sərfəli Unvermaq”da, “Optimal Elektronika mallarının satışı” mağazasında, “Bazarstore”da, “Bizim Market”də, “Bər Bər” kişi salonunda, Şamaxı rayonunda “İstanbul Ucuzluq” geyim mağazasında, “Aptek Dokta”da, Xaqani Fatalıyevə məxsus “Kafe”də, Cəlilabad rayonunda “Dokta Aptek”də, “Elektronik malları mağazası”nda, Səid Muradova məxsus “Ərzaq mağazası”nda, Quba rayonunda "Ayxan Market”də, "Kral İnşaat Malları" mağazasında, "Soyuq Bulaq" İstirahət Mərkəzində, Tərtər rayonunda Yalçın Həşimova və Bəxtiyar Əliyevə məxsus “Market”lərdə, "Diaqnoz" MMC-yə məxsus “Diaqnoz” klinikasında, ümumilikdə monitorinq aparılan 361 obyektdən 140-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlərdə sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 19-dək monitorinq keçirilmiş 7174 sahibkarlıq subyektindən 3135-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?