15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq subyektlərində monitorinqlər davam edir

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 17-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Ləzzət şirniyyat” mağazasında, “Taksim kabab”da, “Şəki kafesi”ndə, "Azəri med" MMC-yə məxsus “Aptek”də, Yasamal rayonunda “Rokol tikinti materialları” mağazasında, Fərid Abuzərliyə məxsus “Lombard”da, Nəsimi rayonunda “İnci mağazası”nda, “Moskva kitab evi”ndə, “Ekstra brend” mağazasında, Xətai rayonunda “Oba market”də, “Tikinti materilları” mağazasında, Murad Orucova məxsus “Şərab evi”ndə, Səbail rayonunda Rəşad Rəhimliyə, Elvin Həmidova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Aqşin Osmanova məxsus “Qab Qacaq” mağazasında, Gəncə şəhərində “Qala kosmetika” mağazasında, “Tombik kafe”də, Abşeron rayonunda “Yaşıl ada” ictimai iaşə obyektində, Qoşqar Sadıqova məxsus “Dönər evi”ndə, Ruslan Beynəlzadəyə məxsus “Köz dönəri”ndə, Ramin İbrahimova məxsus “Atelye xidmət”də, Ağdaş rayonunda “1-ci supermarket”də, “Ağdaş İnşaat”, “Şirvan İnşaat”, “Mango moda”, “Polo geyim”, “Bogant geyim”, “Elay gallery”, “Elegant geyim”, “Səma hədiyyə”, “İdeal hədiyyə”, “Çempion market”, “Yaşar market”, “Ayaqqabı dünyası”, “Hədiyyələr” mağazalarında, “Tac dönər”də, “Ağdaş Telekom” xidmət obyektində, “Zeytun-1 Aptek”də, Yardımlı rayonunda Rəvan Həsənova məxsus “Super Market”də, Fərhad Hatəmliyə məxsus “Market”də, Mehman Adıyevə məxsus “Təsərrüfat malları mağazası”nda, Müşviq Bədirova məxsus “Market”də, Hamlet Əməşova məxsus “Market”də, Oğuz rayonunda “Maqnolia Kafesi”ndə, Nurlan Mahmudzadəyə məxsus “Ailəvi Dönər”də, Füzuli rayonunda “Kişi və Qadın geyimləri” mağazasında, Samir Fərzəliyevə məxsus “Kafe”də, Nəriman Əmirova məxsus “Bərbərxana”da, Xaçmaz rayonunda "Esko mağazası"nda, Mehdi Abdullayevə məxsus “Çörək sexi”ndə, "Anar kafesi”ndə, İsmayıllı rayonunda “Elşad Market”də, “Həyat Market”də, “Soliton” mağazasında, “Basqal Restoran”da, “Dost Qapısı” ictimai iaşə obyektində, ümumilikdə monitorinq keçirilmiş 364 obyektdən 172-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 18-dək monitorinq aparılmış 6813 sahibkarlıq subyektindən 2995-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?