5 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı

"İslahat icmalı"nın xüsusi buraxılışı bu mövzuya həsr edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı"nın xüsusi buraxılışı hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində aparılan islahatlara həsr olunub. Bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində islahatlara dair 2018-ci il dekabrın 28-də bir sıra qanunvericilik aktlarına dəyişiklikləri təsdiq etməsindən sonra daha da sürətlənib.

İslahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Bu ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 3,5 gündən yarım günə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirləri çərçivəsində atılan mühüm addımlar ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradır. Bu islahatlar sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?