Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
İyunun 16-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104006777 ISIN-li, 30 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti intervalı 86.9565 AZN (15.08 faiz) və 93.059 AZN (7.49 faiz) olan 25 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 91.7846 AZN (9 faiz), orta ölçülmüş qiyməti 92.2334 AZN (8.47 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 432 min 200 AZN, yerləşdirilmiş həcmi isə 30 milyon AZN təşkil edib. İstiqrazlar 2021-ci il iyunun 15-də ödəniləcək. Hərrac iştirakçıları iyunun 17-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.