19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcbari sığorta təkmilləşdirilir

Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlandı. Bununla yanaşı, foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanılması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkünlüyü, "Elektron hökumət" portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə kağız sənədləşməni istisna edir. Bu da, öz növbəsində, kağız daşıyıcıda tərtib edilən müqavilələrin ləğvinə, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxarıb.

Bütün bunlara baxmayaraq, bir sıra hallarda bu sahə üzrə məlumatsızlıq və maarifləndirmənin zəif aparılması müəyyən anlaşılmazlıqlara gətirib çıxarır. İcbari Sığorta Bürosunun məlumatına görə, istər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsini, istərsə də könüllü sığorta müqavilələrini tərtib edərkən sığorta şirkətləri sığortalılara müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisə zamanı necə hərəkət etməyi, sığortalıların hüquq və vəzifələrini, hansı hadisələrə görə ödəniş verildiyini və digər şərtləri əks etdirən yaddaş vərəqi verilməlidir. Bu öhdəlik həm Mülki Məcəllənin 913-cü maddəsindən, həm də müvafiq qaydada icbari sığorta qanunvericiliyi və könüllü sığorta qaydalarından irəli gəlir. Müştəri icbari qaydada bağlanan və elektron sənəd qaydasında tərtib edilən sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənmək üçün müqaviləni tərtib edən sığorta şirkətinə müraciət edərək, elektron qaydada tərtib olunmuş müqavilənin çap versiyasını əldə etmək, sığorta müqaviləsi bağlanarkən sığorta şirkətinin müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir.

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı bu sistemdə bir sıra problemlərin olduğunu bildirdi: "Bəzən İcbari Sığorta Bürosunun sistemində müqavilələr vaxtında sistemə düşmür, bildirişlər gəlmir, müqavilə yazıldığı halda sürücülərə cərimələr tətbiq olunur və s. Ən böyük problem isə hələ də qeyri-qanuni endirimlərin mövcudluğudur. İcbari sığorta sistemində sığorta haqlarının məbləği avtomatik olaraq sistem tərəfindən müəyyən olunur.Yəni sistemə daxil oldun, avtomobilin və sürücünün şəxsiyyət vəsiqəsinin mə­lu­matlarını daxil etdin, sistem özü sənə qiymət verir. Qiymət nədən asılıdır? Əgər sənin ötən ildə qəzaların olubsa daha çox ödəyirsən, əks-halda, yaxşı endirim alırsan. Buna "bonus-malus" sistemi deyilir. Bundan əlavə, sığorta agentlərinə imkan yaradılıb ki, onlar hər satdıqları sığorta müqaviləsindən 15 faiz komissiya haqqı alsınlar. Amma təəssüf ki, onlar bununla da kifayətlənmirlər və müştəriyə qeyri-qanuni endirimlər təklif edirlər.

İkinci məsələ müştəri məmnunluğu ilə bağlıdır: Əksər şirkətlərdə bu sahədə də ciddi problemlər mövcuddur. Məsələn: avtomobil vurulur, sığorta şirkəti pul vermək əvəzinə öz istədiyi təmir müəssisəsini təklif edir. Zərərçəkən isə avtomobilini rəsmi servisdə təmir etdirməyi daha məqsədəuyğun hesab etdiyindən qarşılıqlı anlaşılmazlıq yaranır. Bundan başqa, müştərilərə ödəniləcək məbləğin kəsilməsi hallarına da tez-tez rast gəlinir və sair".

FƏXRİYYƏ

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?