1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni vergi rejimində sahibkarlar iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar

Yeni vergi rejimində sahibkarlar iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar

Millət vəkili Vüqar Bayramov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı açıqlamasında vergi güzəştlərinin tətbiqinin iqtisadiyyatın inkişafı baxımından çox vacib olduğunu vurğulayıb.

Əslində, bu, müvəqqəti tədbir kimi deyil, dövlətin sahibkarlara postpandemiya dövründə dəstəyi kimi xarakterizə olunmalıdır. Dövlət sahibkarlara yalnız güzəştli kreditlər və digər yardımlarla deyil, eləcə də təşviq paketi olaraq vergi dərəcələrinin endirilməsi ilə dəstək olur. Bu da, onların xərclərinin azaldılması və investisiya imkanlarının genişləndirilməsi baxımından vacibdir. Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edə biləcəklər.

Vergi Məcəlləsinə edilən son dəyişikliklər postpandemiya dövründə iqtisadi aktivliyin daha tez bərpa edilməsi və ümumi daxili məhsuldakı (ÜDM) pozitiv trendin qorunub saxlanması üçün əhəmiyyətlidir. 2020-ci ilin ilk 4 ayının yekunlarına əsasən, Azərbaycan ÜDM-dəki artım tempini qoruyub saxlaya bilib: ÜDM-də 0,2 faiz, qeyri-neft sektorunda 16 faiz artım qeydə alınıb. Beləliklə, Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlayan az sayda ölkələrdən biridir. Ona görə də güzəştlərin tətbiq edilməsi həm də postpandemiya dövrü üçün strateji yanaşmanı nümayiş etdirir.

Bir müddət öncə təsdiq edilən iqtisadi dəstək paketi sahibkarlara uzunmüddətli dövr üçün dəstəyi nəzərdə tutur. Bunlar onu deməyə əsas verir ki, sahibkarlar postpandemiya dövründə daha böyük dövlət dəstəyindən istifadə etməklə öz fəaliyyətlərini genişləndirmək və bununla da iqtisadi artımda daha fəal iştirak etmək imkanı qazanacaqlar.

Fərqanə ALLAHVERDİQIZI

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?