20 Sentyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AG Bank”da krediti olanlar üçün Mərkəzi Bankdakı bank hesablarının rekvizitləri açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “AG Bank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə müraciət edib.
ADIF-dən AZƏRTAC-a bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarı ilə “AG Bank” müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank”ın ləğvedicisi təyin edilib. Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “AG Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “AG Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “AG Bank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.
Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri:
LPO “AG Bank” ASC, VÖEN 9900019651
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ 2C
SWIFT.BIK (xarici valyuta) NABZAZ 2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944AZN
Hesablaşma hesabı AZN AZ34NABZ01350100000000061944AZN
Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR
Hesablaşma hesabı EUR AZ16NABZ01350200000000060954EUR
Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD
Hesablaşma hesabı USD AZ19NABZ01350200000000062840USD
Müxbir hesab GBP AZ90NABZ01452800000000005826GBP
Hesablaşma hesabı GBP AZ45NABZ01350200000000021826GBP
LPO “AG Bank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi. Əlavə məlumat üçün əlaqə nömrəsi – 135.