18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hökumət Ödəniş Portalında əməliyyatların həcmi 34 faiz artıb

Ötən il "Hökumət Ödəniş Portalı"nın (HÖP) infrastruktur imkanlarının genişləndirilməsi üzrə işlər davam etdirilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, HÖP-ün infrastrukturuna 13 mərkəzi icra hakimiyyəti orqanı (Ədliyyə, Maliyyə, Vergilər, İqtisadiyyat, Fövqəladə Hallar Nazirliyi, Təhsil, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti), 4 kommunal xidməti müəssisəsi (“Azərsu” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, SOCAR-ın “Azəriqaz” İB), 5 stasionar və mobil rabitə operatoru (“Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Azərcell Telekom” MMC, “Azərfon” MMC, “Bakcell” MMC), Elektron Lisenziyalar Portalı, “Elektron Məhkəmə” portalı üzərindən 97 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsilə 14 sığorta şirkəti,

Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət İmtahan Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Nəqliyyat Agentliyi, ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Rəssamlıq

Akademiyası, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti) və Milli Sertifikat Xidmətləri Mərkəzi inteqrasiya olub.

Bu gün HÖP-ə inteqrasiya olunmuş qeyd edilən qurumlar üzrə ümumilikdə 590-dan çox xidmət, o cümlədən 500-dən artıq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və sair) üzrə ödənişlər "Azərpoçt" MMC, "Naxçıvanpoçt" MMC və 30 bankın 2500-dək ödəniş məntəqəsində, 1000-dən çox ödəniş terminallarında nağd formada və portalın internet resursundan, bankların elektron bankçılıq xidmətlərindən istifadə edilməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada qəbul edilir. 2019-cu il ərzində sistemdə ümumi məbləği 3,3 milyard manat olmaqla 49 milyon ədəd ödəniş tranzaksiyası emal olunub. 2018-ci il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların həcmi 34 faiz (832 milyon manat), əməliyyatların sayı isə 31 faiz (11,6 milyon ədəd) artıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?