27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qorunan əmanətlərin faiz dərəcəsinin artırılması banklara etimadı artıracaq

İyunun 1-dən milli valyutada olan qorunan əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 12 faizə qaldırılacaq. İqtisadçı Samir Əliyev bunun bank sektoruna təsirlərini şərh edib.

Mart ayında dünya bazarında neftin kəskin ucuzlaşması, qonşu ölkələrin milli valyutasının dəyər itirməsi Azərbaycan manatına da təzyiq yaratdı. Nəticədə insanlar kütləvi şəkildə əllərində olan vəsaitləri, əmanətlərini dollara çevirməyə başladılar. İqtisadçı Samir Əliyevin sözlərinə görə, manat üzrə qorunan əmanətlərin faiz dərəcəsinin 10 faizdən 12 faizə qaldırılması dollarlaşma prosesinin qarşısını almağa hesablanıb: "Əhali banklara üz tutub manatla olan əmanətləri çıxarıb dollara çevirirdi və ya ümumiyyətlə vəsaiti bankdan çıxarırdı. Bunun nəticəsində bankdan əmanət qaçışı, əmanətlərin azalması müşahidə edildi. Təkcə mart ayında əmanətlərdə 500 milyon manat azalma baş verdi. Dörd bankın bağlanması bu prosesi daha da sürətləndirdi.

Qorunan əmanətlərin faiz dərəcəsinin artırılması ilə banklara etimadın artırılması hədəflənir. Bunun başqa tərəfi də var. Azərbaycanda bankların kredit verdiyi vəsaitlərin 70-80 faizini əhalinin banklara yerləşdirdiyi pullar təşkil edir. Ona görə də əmanətlərin faiz dərəcəsinin artırılması kreditlərin də faiz dərəcəsinə təsir edə bilər. Ən azı indiki məqamda kredit faizlərinin aşağı salınmasının qarşısını alacaq".

Səbuhi TURAN

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?