14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tələbin artması nefti bahalaşdırır

Son günlər neftin qiymətində müsbət dinamika müşahidə olunur.

Oksford Universitetinin Enerji Araşdırmaları İnstitutunun elmi işçisi Gülmira Rzayevanın sözlərinə görə, qarşıdakı aylarda qiymətlərin bir qədər də artacağı gözlənilir: "Aprel ayında neftə olan tələblə təklif arasındakı boşluq tədricən azalır. Bu, əsasən, "OPEC+" razılaşması çərçivəsində hasilatın azaldılması ilə mümkün oldu. Üstəlik, Səudiyyə Ərəbistanı razılaşmadan əlavə olaraq ixrac edəcəyi neftin həcmini 1 milyon barel azaldacağını bəyan etdi. Bazara çıxarılan neftin həcminin azaldılmasına paralel olaraq tələbatın da artdığı müşahidə edilir.

Koronavirusla bağlı karantin tədbirləri artıq bir sıra ölkələrdə yumşaldılır. Bu səbəbdən də artıq iqtisadiyyatlarda canlanma hiss olunur. Buna baxmayaraq ötən illə müqayisə etdikdə tələb hələ də aşağıdır, məsələn, ən böyük istehlak mərkəzlərindən biri olan Çində tələb ötən ildən 1 milyon barel azdır. Ancaq gündən-günə bu ölkədə tələb artır. O cümlədən Hindistan, Yaponiya, ABŞ kimi böyük sənaye ölkələrində eyni şəkildə tələbin artması müşahidə edilir. Bir sözlə, önümüzdəki aylarda karantin tədbirlərinin aradan qaldırılması ilə tələbat daha da artacaq. Bu da, təbii ki, qiymətlərin nisbətən bahalaşmasına gətirib çıxaracaq".

Səbuhi TURAN

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?