11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Fermer kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib

“Fermer kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib

Fermerlər aqrar subsidiya üçün onlara verilmiş “Fermer kartı”ndan səmərəli və diqqətlə istifadə etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə xəbərdarlıq edərək onları kartlardan istifadə zamanı ehtiyatlı olmağa çağırıb.

“Fermer kartı” sizə - subsidiya alan şəxsə məxsusdur. Kartı başqa şəxsə verməyin. Kartınızdan istifadə etməklə gübrə, pestisid, toxum alarkən mütləq çek tələb edin”, - deyə məlumatda bildirilib.

Eyni zamanda, Agentlik təchizatçılara da bildiriş göndərib, onlara öz satışlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeyd etməyin vacib olduğunu xatırladıb.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri EKTİS üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış “Fermer kartı”na köçürülür. Bu vəsaitin 25 faizi nağlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən EKTİS-də qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.

“Fermer kartı”ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?