28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"İslahat icmalı" vergi və sosial sığorta güzəştlərinə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İslahat icmalı"nın xüsusi buraxılışı koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına həsr edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Sosial sığorta haqqında Qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə təqdim olunub.

İİTKM-dən bildirilib ki, mərkəzin maliyyə analitiki Ayaz Museyibov bildirir ki, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həm vergi, həm də sosial sığorta yükünün azaldılması üzrə müvafiq qanun layihələrində nəzərdə tutulan maddələr əsaslı dəstək tədbirlərinin iterativ davamıdır və pandemiyanın resessiv trendlərinin önlənməsinə xidmət edir. İcmalda tətbiq edilməsi nəzərdə tutulan müvəqqəti vergi rejiminin güzəştləri və tətbiq dairəsi, qüvvədə olma müddəti ilə bağlı qanunvericiliyə təklif olunan əsas dəyişikliklər əks olunub. Eyni zamanda, sosial sığorta yükünün azaldılması üzrə nəzərdə tutulan ümumi müddəalar, tətbiq edilməsi nəzərdə tutulan yeni sığorta tarifləri və bu tariflərin hər iki mərhələ üzrə qüvvədə olma müddəti və əsas güzəştlər barədə məlumatlar təqdim edilir. Həm vergi, həm də sosial sığorta yükünün azaldılması üzrə nəzərdə tutulan güzəşt tədbirləri sahibkarlıq subyektlərinin vergi və sosial öhdəliklərini ödəmə qabiliyyətinin qorunması, onların maliyyə dayanıqlılığının təmin edilməsinə müsbət təsir göstərəcək.

"İslahat icmalı"nda maliyyə yükünün azaldılması, vergi tətilinin verilməsi, tətbiq olunan güzəştlərin əsas təsir dairəsi, eyni zamanda, qanunvericiliyə edilmiş digər dəyişiklik və əlavələr müqayisəli formada təqdim olunub.

"İslahat icmalı" ilə İİTKM-nin saytındakı "İcmallar" bölümündə tanış olmaq mümkündür.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?