23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Ata Bank" və "Amrah Bank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə "Ata Bank" ASC və "Amrah Bank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar 2007-ci il 30 iyul tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan "Ata Bank" ASC və 2007-ci il 30 iyul tarixdə 26 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan "Amrah Bank" ASC bu il mayın 1-də “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq ADIF-ə üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə fonddan bildirilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə "AtaBank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - "Ata Bank" ASC-nin və "Amrah Bank" ASC-nin lisenziyaları ləğv olunub.

VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir?