5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üç ayda qeyri-neft sektoru üzrə 429 milyon dollarlıq məhsul ixrac edilib

Cari ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon dollar və ya 3,3 faiz artıb.

İlin birinci rübündə Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 16,6 faiz, Türkiyəyə 5,2 faiz, İsveçrəyə 21,1 faiz və Çinə 18,4 faiz artıb.

Yanvar-mart aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (43,9 milyon dollar) birinci, pambıq mahlıcı (42,8 milyon dollar) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 36,3 milyon dollar) üçüncü olub.

Birinci rübdə meyvə-tərəvəz ixracının dəyəri 113,3 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon, şəkər ixracı 2,9 milyon dollar təşkil edib.

Martda isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon dollar olub. Keçən ay qeyri neft-qaz məhsulları ən çox məhsul Rusiyaya (46,4 milyon dollar), Türkiyəyə (29 milyon dollar), İsveçrəyə (12 milyon dollar), Gürcüstana (8 milyon dollar) və Ukraynaya (6,2 milyon dollar) ixrac edilib. Qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 19,2 milyon dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon dollar) ikinci, pambıq mahlıcı (12,9 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?