20 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üç ayda əsas kapitala 2,9 milyard manat yönəldilib

Yanvar-mart aylarında əsas kapitala 2 milyard 929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalıb. İstifadə olunmuş vəsaitin 2 milyard 21 milyon manatı və ya 69 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9 faiz, büdcə vəsaitləri 17,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,5 faiz, sair vəsaitlər 2,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil edib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?