1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi dəstək proqramları kifayət qədər geniş və əhatəlidir

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlərin minimallaşdırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən 10 dəstək proqramı hazırlanıb. Proqramlar hazırlanarkən ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov qeyd edib ki, iqtisadi sektorlar və sahibkarlar üçün hazırlanan dəstək proqramları kifayət qədər geniş və əhatəlidir. Ölkədə həyata keçirilən iqtisadi paketdə biznesə dəstək önəmli yer tutur. Nəzərə almaq lazımdır ki, biznesə dəstək mexanizmləri müxtəlif istiqamətlər üzrə həyata keçiriləcək. Bu istiqamətlərdən biri də biznes kreditləri ilə bağlı dəstək mexanizmidir. Burada sahibkarların kredit yükünü xeyli dərəcədə dövlət öz üzərinə götürəcək: biznes kreditlərinin aktiv şəkildə subsidiyalaşdırılması nəzərdə tutulur.

Daha bir istiqamət vergi stimullarının, vergi tətillərinin tətbiq olunmasıdır. Bunun nəticəsində də vergi yükünün azaldılması və işgüzar fəallığın daha da stimullaşdırılması planlaşdırılır.

Əməkhaqqının ödənilməsində biznesə dəstək göstərilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı sahibkarlıq subyektlərinin dövlətin dəstəyinə ciddi ehtiyacı var. Hesab edirəm ki, dövlət tərəfindən qəbul edilmiş qərarlar biznes üzərində iqtisadi yükün müəyyən mənada götürülməsinə şərait yaradacaq. Bu da hazırkı şəraitdə ölkə sahibkarlığının dayanıqlığının qorunması nöqteyi-nəzərdən son dərəcə önəmlidir.

Səbuhi TURAN

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?