9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi onlayn rejimdə fiziki və hüquqi şəxslərə xidmət göstərir

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi aprel ayında da fiziki və hüquqi şəxslərə onlayn qaydada xidmət göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib ki, dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul etməklə koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-si saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Məhz xüsusi karantin rejimi zamanı qeyri-neft sektoru üzrə ixracla məşğul olan fiziki və hüquqi şəxslərin müvafiq sənədləri və sertifikatları almaqda çətinliklə üzləşməmələri üçün “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi onlara onlayn qaydada xidmətlərini təklif edir.

İİTKM–in departament rəhbəri Nicat Hacızadə bildirir ki, aprelin ilk 10 günü ərzində sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb. Onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib. Həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.

Qeyd edək ki, bu ilin martında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 15,5 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. Yanvar-mart ayları ərzində mərkəz tərəfindən reallaşdırılan qeyri-neft ixracının dəyəri 37 milyon dollardan çox olub. Həmçinin 2018-2019-cu illərdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 290 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Qeyri-neft sektoru üzrə ixrac həyata keçirmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı linklər vasitəsilə müvafiq sənədlərlə bağlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edə bilər:

İqtisadiyyat Nazirliyi: “İ[email protected]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: “[email protected]

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “[email protected]

Mədəniyyət Nazirliyi: “[email protected]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: “DQİ[email protected]

Qeyd edilən “e-maillər”lə bərabər sahibkarlar “[email protected]” elektron ünvanına müraciətlərini göndərə bilərlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?