16 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banka gəlmədən əməkhaqqı kartlarının sifarişi mümkün oldu

COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə uyğunlaşdırır. Korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı qayğısına qalmaqla bank karantin dövründə onların bank xidmətlərindən distant istifadə imkanlarını genişləndirmək məqsədilə “İnternet Bank” sisteminə yeni funksiyalar əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən “İnternet Bank” xidməti vasitəsilə sifariş verə bilərlər. “İnternet Bank” distant qaydada əməkhaqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir.

“İnternet Bank” sistemi xüsusilə karantin dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə yetirməyə şərait yaradır. Belə ki, müştərilər “İnternet Bank” sisteminin üstünlüklərindən faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili köçürmələr apara bilərlər.

Konvertasiya əməliyyatlarının, SWIFT vasitəsilə xaricə köçürmələrin aparılması, ƏDV-nin ödənilməsi, depozit hesablarının, kredit əqdlərinin nəzərdən keçirilməsi, kütləvi köçürmələrin icrası, gündəlik xarici valyuta məzənnələri barədə məlumatların təqdim olunması da Azərbaycan Beynəlxalq Bankının “İnternet Bank” sisteminin korporativ müştərilərə yaratdığı imkanlardandır.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri