26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşsizlərin işlə təminatı üçün 80 milyon manat ayrılıb

İşsizlərin işlə təminatı üçün 80 milyon manat ayrılıb

"İctimai əsaslarla işlər deyiləndə, əslində, söhbət haqqı ödənilən işlərdən, yəni işaxtaranlar və işsizlərin məşğulluğundan gedir. Həmin işlər zamanı xüsusi ixtisas və peşə hazırlığı tələb olunmur. İşləmək arzusunda olanlar yerli məşğulluq orqanlarında qəbula yazılır və yerli icra hakimiyyəti orqanlarının təklif etdiyi ərazilərin yaşıllaşdırılması, parkların salınması, təmir işləri, abadlıq, təmizlik işlərinə, hətta sosialyönümlü işlərə də cəlb oluna bilərlər. İctimai işlərin çoxu günün bir neçə saatı ərzində və ya tam olmayan həftə ərzində icra edilir. Həmin işlərə qəbul edilənlərin aylıq əməkhaqqı 203 manat məbləğində nəzərdə tutulub".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST İş Mərkəzi"nin direktoru Niyazi Rəhimov mətbuat konfransında deyib. Bildirilib ki, indiyədək işə qəbul edilən 16 min nəfərin 3 min nəfəri Bakıda, qalanları regionlarda işlə təmin olunub. Gələn ay 30 min nəfərin işə qəbul edilməsi gözlənilir və onun 6 minə yaxını paytaxtı əhatə edəcək. İşsizlərin ictimai işlərə cəlb olunması proqramı üçün 80 milyon manat vəsait ayrılıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?