26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daşınmaz əmlakların icarə qiymətləri aşağı düşüb

Koronavirus pandemiyasının Azərbaycanda yayılması ilə əlaqədar daşınmaz əmlak bazarında durğunluq yaranıb. Hazırda həm əmlak satanlar, həm də almaq istəyənlər gözləmə mövqeyinə çəkiliblər.

"MBA Group" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib ki, bazarda daşınmaz əmlak satan və alanların olmaması səbəbindən qiymətlərin dəyişməsi barədə danışmaq da hələ tezdir. Kirayə mənzil bazarında fevral ayından ucuzlaşma baş verməkdədir. 2020-ci il fevral ayının sonuna görə 4 faizdən bir qədər artıq ucuzlaşma olub və mart ayının birinci yarısında da ucuzlaşma qeydə alınıb. Bu, əvvəlki illərdən fərqli olaraq koronavirus pandemiyasına görə Novruz bayramı ərəfəsində ölkəyə gələn turistlərin sayında əhəmiyyətli şəkildə azalma ilə bağlıdır.

Yerli vətəndaşların regionlardan şəhərə gəlməsində azalma da kirayə mənzil bazarında aktivliyin aşağı düşməsinə, son nəticədə qiymətlərin enməsinə və bazarın durğunlaşmasına səbəb olub.

"Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə də kirayə mənzil bazarında qiymətlərin enməsinin mövcud şəraitlə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, bəzi əmlak sahibləri yaranmış vəziyyətlə əlaqədar qiymətlərdə kirayəçilərə 10-30 faiz arasında güzəşt ediblər: "Koronavirus pandemiyasının yayılması nəticəsində bəzi sahələrdə, xüsusən xidmət sektorunda işlərin dayanması ilə əlaqədar həmin sahələrdə çalışan vətəndaşların gəlirləri azalıb və onlar kirayə haqlarını ödəyə bilmirlər.

Müqaviləsiz işləyənlərin bir çoxu artıq işlərini itiriblər. Ona görə də məcburiyyət qarşısında evləri tərk edərək sahiblərinə təhvil verməli olublar. Pandemiyanın nə qədər davam edəcəyi məlum olmadığına görə bazarda gözləmə mövqeyi hökm sürür".

Bəzi sektorlarda işlərin dayandırılması ilə əlaqədar qeyri-yaşayış sahələrinin də gəlirliliyi aşağı düşüb. R.Qasımzadə bildirib ki, xüsusilə xidmət sektoruna aid olan obyektlərdə icarə qiymətlərində müəyyən qədər ucuzlaşma müşahidə olunur: "Çünki həmin obyektlərdə gəlirlər, demək olar ki, yoxdur. İcarəyə götürülən obyektlərin bir çoxunun fəaliyyət göstərmədiyi üçün icarə qiymətləri ilə bağlı sahibkarlarla əmlak sahibləri arasında danışıqlar aparılır. Ona görə də icarədarlar müəyyən qədər güzəştə gedirlər".

R.Qasımzadə vəziyyətin bu cür davam edəcəyi təqdirdə növbəti aylarda daşınmaz əmlak bazarında satış və kirayə qiymətlərinin enməsinin qaçılmaz olacağını deyib.

Fərqanə ALLAHVERDİQIZI

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?