14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Operativ tədbirlər iqtisadiyyatda inkişaf dinamikasının qarantıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edir.

Millət vəkili Tahir Mirkişili bildirib ki, dünyada pandemiyanın yayılması, neftin qiymətinin aşağı düşməsi və Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi tədbirləri sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşməyəcək. Bu təsirlərin qabaqlanması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın əsas məqsədi sahibkarların bu prosesdən minimum ziyan görməsi və vətəndaşların həyat səviyyəsinin qorunması üçün dövlət dəstəyi proqramlarının hazırlanmasıdır: "Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. İlk növbədə, vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramları onu deməyə əsas verir ki, bunlar kifayət qədər düşünülmüş, yaxın, orta və uzun müddətlərə hesablanmış proqramlardır. İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər artıq elan olunub. Əhatə kifayət qədər genişdir. Bu proqramı 600 minə yaxın insanı və bir neçə istiqaməti əhatə edir. Pandemiyanın təsiri ilə ziyana düşən 44 mindən çox sahibkarla çalışan 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşdırma tədbirləri nəticəsində bu qədər insanın əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. 304 minə yaxın muzdla çalışan insan qeyri-neft sektorunda çalışan insanların təxminən 45 faizindən bir az çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki məhdudlaşdırma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda fəaliyyət göstərən sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarmışdır".

Millət vəkili qeyd edib ki, vergi güzəştlərində də müəyyən imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdükləri kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur: "Banklardan kredit götürən sahibkarların və bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların götürdükləri kreditlərin faizlərində dövlət dəstəyi proqramının hazırlanması və dövlətin bu dəstəyi göstərməsi, xüsusən də sahibkarların götürdükləri kreditlərdə kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənilməsi və yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar və bu gün və pandemiyadan sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanılması üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

T.Mirkişili qeyd edib ki, xüsusən tələbələrin təhsil haqqının ödənilməsi, ipoteka, tikinti sektorunun canlanması, eləcə də ödənişlərdə insanlara ediləcək güzəştlər, daşınma fəaliyyəti göstərən şirkətlərin stimullaşdırılması ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar təsbit edilib: "Bu proqramın kifayət qədər operativ hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, sahibkarlar dövlət başçısının qayğısını və dəsətəyini hər zaman hiss edir və edəcəklər. Çünki məhz bu qayğı və operativlik nəticəsində biz bu sınaqdan üzüağ çıxa və bundan sonrakı dövrə daha yaxşı hazırlaşa, iqtisadiyyatımızda inkişaf dinamikasına nail ola bilərik".

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?