18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyasının turizm sektoruna təsirlərinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm agentliklərinin, Dövlət Məşğulluq Xidmətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında keçirilmiş müzakirələrdə turizmin də koronavirus pandemiyasınının neqativ təsirlərinə məruz qalan sahələrdən olduğu, o cümlədən daxili və xarici turist axınının azalması, əvvəlcədən sifariş verilmiş turların və otel sifarişlərinin ləğv olunması və digər müxtəlif tədbirlərin təxirə salınması səbəbindən sahibkarların itkilərlə üzləşdiyi qeyd edilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, təkliflər dinlənilib.

Sahibkarlara koronavirus infeksiyasının özəl sektora, o cümlədən turizmə təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflərin hazırlandığı bildirilib. Sahibkarlarla müzakirələr aparılıb, özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinin daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?