17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nəqliyyat-logistika sektorunda fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb

Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılmsı ilə bağlı tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti müzakirələr nəqliyyat-logistika, o cümlədən yükdaşıma və sərnişindaşıma sektorunda fəaliyyət göstərən sahibkarlarla aparılıb.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Vergilər Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş müzakirələrdə pandemiya səbəbindən bir çox ölkələrdə sərhədlərin bağlanması və xüsusi rejimin tətbiqinin nəqliyyat-logistika sektoruna da təsir göstərdiyi bildirilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.

Sahibkarlara koronavirus infeksiyasının özəl sektora təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflər hazırlandığı bildirilib.

Müzakirələrdə özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinın daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?