11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirusla bağlı ictimai-iaşə və ticarət sektorunda çalışan sahibkarlarla müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının yerli sahibkarlara təsirini öyrənmək məqsədilə növbəti görüşü ictimai-iaşə və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirib. Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyekti iştirak edib.

KOBİA-dan bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov dünyada yayılmış koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən yerli sahibkarların, xüsusilə də kiçik və orta biznes (KOB) subyektlərinin fəaliyyətinə təsirinin öyrənilməsi üçün qurum tərəfindən KOB-larla görüşlər keçirildiyini, onlar arasında sorğular aparıldığını qeyd edib. Diqqətə çatdırıb ki, ictimai-iaşə və ticarət sahəsində də xeyli sayda KOB subyektinin fəaliyyət göstərməsi nəzərə alınaraq növbəti görüş bu sahə ilə bağlı təşkil olunub. Məqsəd koronavirus infeksiyasının ictimai-iaşə və ticarət sektoruna təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsidir.

Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri koronavirus infeksiyası ilə bağlı restoran, mağaza və ticarət mərkəzlərinin xidmətlərindən az istifadə olunmasının biznesə təsir göstərdiyini qeyd edib, yaranmış problemdən çıxış yolları müzakirə olunub, sahibkarlar tərəfindən müxtəlif təkliflər səsləndirilib.

Tədbir çərçivəsində koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsinə dair iştirakçı sahibkarlar arasında sorğu da keçirilib. Ümumilikdə isə koronavirusun müvafiq sahəyə təsirinin müəyyənləşdirilməsi üçün KOBİA tərəfindən ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 500-dən çox sahibkarlıq subyekti arasında sorğu aparılıb. Görüşdə səsləndirilən təkliflər və aparılmış sorğunun nəticələri ümumiləşdirilərək müvafiq qurumlara təqdim olunacaq.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi