19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

1930-cu ildən bəri 90 il ərzində neft bazarında belə toksik kombinasiya heç zaman olmayıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, OPEK+ ölkələri arasında, xüsusilə Rusiya və Səudiyyə Ərəbistanı arasında hasilat həcminin azaldılması ilə bağlı razılığın əldə olunmaması neftin qiymətinin düşməsini şərtləndirirdi: "Səudiyyə Ərəbistanının neftin istehsalının artırılması ilə bağlı qərarı isə bütün bazarlar üçün qiymət təklifini aşağı salıb. Beləliklə, neft bazarı üçqat zərbə alıb: şok təklif (Səudiyyə neftinin həcminin artması), şok tələb (koronavirus epidamiyasının yayılması nəticəsində tələbin azalması) və artıq nefti bazardan yığışdıra və situasiyanı tənzimləyə bilən balanşladırıcı mexanizmin olmaması".

T.Mirkişili xatırladıb ki, 1930-cu ildən bəri 90 il ərzində belə toksik kombinasiya heç zaman olmayıb. 1930-cu illərdə "Böyük depressiya" zamanı Texasda "Qara nəhəng" yatağının kəşf olunması bazarda təklifi xeyli artırmış və o zaman neftin qiyməti 1 dollardan da aşağı düşmüşdü.

Hazırda, bir çox təhlilçi mərkəzlərin neftin qiymətinin 1 barelinin 20 dollara qədər düşəcəyini proqnozlaşdırdıqlarını deyən T.Mirkişili neftin qiymətinin kəskin düşməsinin neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini deyib. Hazırda Azərbaycan gündə orta hesabla 540 min barel xam neft ixrac edir: "2019-cu ildə bütövlükdə ixracımız idxalımızdan 8 milyard dollar çox olub (qızıl idxalını nəzərə almasaq). Xam neft ixracı 15 milyard dollara yaxın olub. 2019-cu ilin 9 ayının yekunlarına görə tədiyyə balansında neft-qaz sektoru üzrə profisit 9,9 milyard dollar, qeyri-neft sektorunda isə defisit 4,8 milyard dollar olub. Dövlət Neft Fondunun 2020-ci il üçün gəlirləri 12,4 milyard manat olacağı, bu gəlirlərin 11,4 milyard manatının (92%-nin) dövlət büdcəsinə transferi nəzərdə tutulub".

Neftin qiymətinin dəyişməsinin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, T.Mirkişili burada qısamüddətli, orta və uzunmüddətli ssenarilərin nəzərə alınmasını lazımlı hesab edir: "Dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollardan götürülüb. Dünya bazarında 1 barelin qiymətinin 30 dollar civarında olması Azərbaycanın hər gün nəzərdə tutulmuş gəlirdən sadə hesabla 13,5 milyon dollar az gəlir əldə etməsi demək olacaq. Qısamüddətli ssenaridə, neftin qiyməti 1 ay bu həddə qalarsa, iqtisadiyyatımız 405 milyon dollar az gəlir eldə edəcək. Ortamüddətli ssenaridə neftin qiyməti 5 ay bu həddə qalsa, iqtisadiyyatımız 2 milyard dollar az gəlir əldə edəcək. Uzunmüddətli ssenaridə, neftin qiyməti 9 ay bu həddə qalsa, iqtisadiyyatımız 3,6 milyard dollar az gəlir əldə edəcək".

T.Mirkişilinin fikrincə, həmin ssenarilərin heç biri Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər yarada biləcək səviyyədə deyil. Burada digər amillər də rol oynayır. Tədiyyə balansının 5,1 milyard dollarlıq müsbət saldosu, ixracın idxalı 8 milyard dollar üstələməsi neft qiymətlərinin belə kəskin düşməsinin ölkə iqtisadiyyatına təsirini minimallaşdırır. Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun sürətli inkişafı, qeyri-neft ixracının artım sürətinin yüksək olması təsirlərin minimallaşdırılmasına hesablanıb. Ölkədə həyata keçirilən şəffaflaşma tədbirləri nəticəsində dövlət büdcəsi gəlirlərinin son 2 ayda 250 milyon manat artması büdcə öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm nəticədir.

Mövcud şərtlər daxilində neftin qiymətinin uzun müddət aşağı həddə qalacağının inandırıcı görünmədiyini vurğulayan T.Mirkişili belə təsirlərin Azərbaycan manatını yenidən devalvasiyaya uğradacağı ehtimalının olmadığını qeyd edib.

Fərqanə ALLAHVERDİQIZI

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?