12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var

Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə müsahibəsində deyib: "Dünyada koronavirusun coğrafiyasının genişlənməsi, qlobal iqtisadi proseslərdə - ticarətdə, iqtisadi artımda baş verənlər və qiymətləndirmələr, proqnozlar və bunların təsiri altında martın əvvəllərində neftin qiymətində azalmalar müşahidə olundu. Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Baş verən proseslər ölkəmizdə aparılan sosial-iqtisadi proseslərdən qaynaqlanmır. Hətta deyərdim tam əksinədir. Ölkəmizdə iqtisadi inkişaf sürətlənir, maliyyə, makroiqtisadi sabitlik hökm sürür. Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Yəni, bu gözlənti reaksiyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik. Martın 10-da valyuta hərracı keçirildi, bütün tələbat ödənildi. Bu gün növbədənkənar hərrac oldu və bütün tələbat ödənildi, amma tələbat hərracda iki dəfədən çox aşağı düşdü. Nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərracda tam şəkildə ödənilib. Hazırda banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var. Ola bilər, müəyyən banklarda resurslar olmasın ki, kifayət qədər valyuta almasın, onlar da bir-birinə kömək edirlər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi təxminən 10 dəfədən çox artıb".

E.Rüstəmov: "Milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıram. Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə bizə kömək edə bilərlər ki, bu problemi tez həll edək".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?