26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZPROMO ictimaiyyətə hesabat verib

Martın 2-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 2019-cu ildəki fəaliyyətinə, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair mətbuat konfransı keçirilib.

Qeyd edilib ki, 2019-cu ildə Azərbaycan şirkətləri öz məhsullarını Almaniyada "Beynəlxalq Yaşıl Həftə 2019", "Fruit Logistica 2019", "Anuga 2019", Rusiyada "Prodexpo 2019", "Worldfood Moscow 2019", "MosBuild 2019", Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Gulfood 2019", Çində "Sial China 2019", "Prowine China 2019", "Çin Beynəlxalq İdxal Sərgisi" və "Food and Hotel" beynəlxalq sərgilərində vahid ölkə stendində nümayiş etdirib. "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Azərbaycan məhsulları indiyədək 30 beynəlxalq sərgidə vahid ölkə stendində təqdim olunub.

Ötən il "Made in Azerbaijan" brendinin təşviqi və ixracın dəstəklənməsi məqsədilə Çin, Polşa, Latviya, Qətər, İsveçrə, Rusiya, BƏƏ olmaqla 7 xarici ölkəyə 9 ixrac missiyası təşkil olunub. İndiyədək isə 33 ixrac missiyası təşkil edilib. 2019-cu ildə ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında sahibkarlıq subyektlərinə 9 milyon manatadək ixrac təşviqi ödənilib. Ümumilikdə isə indiyədək sahibkarlara 17 milyon manatadək ixrac təşviqi verilib.

Yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə 2019-cu ildə Dubay şəhərində "Azərbaycan Ticarət Evi", Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan Şərab Evi" açılıb. Bununla yanaşı, Moskvada ticarət evi konseptində "Azərbaycan nemətləri" mağazası fəaliyyətə başlayıb. Bu günlərdə isə Moskvanın tanınmış hipermarketlər şəbəkəsində "Azərbaycan nemətləri" guşəsi açılıb. Bundan əlavə, AZPROMO bir çox investisiya təşviqi agentlikləri, ticarət və sənaye palataları və digər müvafiq institutlar ilə əməkdaşlığın möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində işlər aparır. Ötən il 6 ölkədən olan 10 müvafiq qurumla 11 anlaşma memorandumu imzalanıb. Bu istiqamətdə işlər bu il də davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində AZPROMO və İtaliya Ticarət Agentliyi (ICE), İtaliyanın İxrac Kredit Agentliyi (Simest) və "K-BEKSPORT SRL" şirkəti, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri çərçivəsində Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) arasında anlaşma memorandumları imzalanıb.

Bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 3 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Berlində təşkil edilmiş "Beynəlxalq Yaşıl Həftə 2020", Moskvada "Prodexpo 2020" və Dubayda "Gulfood 2020" beynəlxalq sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak edib.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?