15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar ayı ərzində Azərbaycan 42 milyon dollardan çox meyvə-tərəvəz ixrac edib

Bu ilin yanvar ayı ərzində Azərbaycan 42.036,55 min ABŞ dolları dəyərində 37.518,26 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, dəyər ifadəsində meyvə-tərəvəz ixracında 3,2 faiz, miqdar ifadəsində isə 21 faiz azalma qeydə alınıb. Ölkə üzrə cəmi ixracın 1,97 faizini, qeyri-neft ixracının isə 29,86 faizini məhz bu məhsullar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan ümumilikdə 2.130.205,34 min dollar dəyərində 1.073 çeşiddə mal ixrac olunub. Hesabat ayında ölkədən qeyri-neft ixracının həcmi 140.796,29 min dollar təşkil edib.

Hesabata əsasən, yanvar ayında Azərbaycana düyü idxalı da azalıb. Belə ki, hesabat dövründa ölkəyə 1,792 milyon ABŞ dolları dəyərində 2.966 ton düyü idxal edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 1,711 milyon dollar (48,9%) və 1.612 ton (35,2%) azdır.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?