13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mobil bankçılıq xidmətlərindən daha çox ödənişlərin həyata keçirilməsi üçün istifadə olunur

Azərbaycanda mobil bankçılıq xidmətindən istifadə eliyənlərin sayı artıb, bankların proqram təminatlarından istifadə edənlərin sayı milyonu keçib. Ölkə əhalisinin yarıdan çoxunun smartfon istifadə etməsi bankları mobil bankçılığı inkişaf etdirməyə sövq edir.

Hazırda mobil bankçılıqdan istifadə etməklə vətəndaşlar kommunal haqqlarının ödənilməsindən tutmuş mobil telefonda balansın artırılmasına kimi bir çox xidmətlərdən yararlana bilirlər. Hesab üzrə balansın yoxlanılması, digər kart hesabına pul vəsaitinin köçürülməsi və həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsi də mümkündür.

Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudovun sözlərinə görə, mobil bankçılıq xidmətlərindən daha çox ödənişlərin həyata keçirilməsi və məlumatların əldə edilməsi məqsədləri üçün istifadə olunur: "Hazırda mobil bankinq xidməti kifayət qədər inkişaf etmiş banklar var. Lakin bəzi bankların məhsul və xidmətlərini təkmilləşdirməsinə ciddi ehtiyac var. Bu, hər bir bankın biznes strategiyasına uyğun olaraq müəyyənləşdirilir.

Müştərilər həftənin 7 günü 24 saat xidmət almaq istəyir. Çünki hər kəsin filiala yaxınlaşmağa, orada növbədə gözləməyə vaxtı yoxdur. Mobil bankçılıq müştəriyə istənilən vaxt, istənilən yerdən bank xidmətlərini əlçatan edir".

Müştərilərin daha çox internet bankçılıqdan istifadə etməsi bankların özünə də sərf edir. Çünki hazırkı rəqabət şəraitində filial açmaq, əlavə işçilər götürmək, filialın icarə haqqından tutmuş kommunal ödənişlərə qədər bütün bu xərclər banklar üçün əlavə yük yaradır. Ona görə də banklar öz xərclərini azaltmaq üçün filial şəbəkəsini azaldaraq mobil bankçılığı inkişaf etdirməyə çalışır.

Ramil Mahmudovun sözlərinə görə, Mərkəzi Bank "Ödəniş xidmətləri haqqında" qanun layihəsi üzərində işləyir, bu qanunun qüvvəyə minməsi ilə bank sektorunda bir sıra yeniliklər olacaq: "Bazara yeni ödəniş təşkilatları daxil olacaq ki, onlar banklarla yanaşı, internet və mobil bankçılıq kimi xidmətləri daha əlverişli şəkildə təklif edəcəklər. Digər tərəfdən, Mərkəzi Bank 7/24 rejimdə fəaliyyət göstərən Ani Ödənişlər Sistemini qurur. Bu sistem bütün ödənişlərin real vaxt rejimində həyata keçirilməsi imkanını yaradacaq".

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?