6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən ay Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib

Ötən ay Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3.251,4 min ton neft nəql edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin yanvar ayından 5,4 faiz azdır. Ötən ay magistral neft kəmərləri ilə nəqletmənin 80,8 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2.628,4 min ton neft ötürülüb. Bu isə 2019-cu ilin yanvar ayından 6,6 faiz azdır. Dövr ərzində BTC kəməri ilə 382,3 min ton (11,5% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?