5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Manatın möhkəmlənməsi gözlənilmir

Son dövrlər Dövlət Neft Fondunun valyuta satışı ilə bağlı keçirilən hərraclarda təklif tələbi üstələyir. Yanvar ayında Fond 240 milyon dollar vəsaiti sata bilməyib. Mərkəzi Bankın sədri Elman Rüstəmov da bir neçə həftə öncə bildirmişdi ki, manatın məzənnəsi bahalaşma təzyiqi altındadır. Bütün bunlar "manat yenidən bahalaşa bilərmi?" sualını gündəmə gətirir.

İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov dollara tələbin aşağı düşməsini idxalın azalması ilə əlaqələndirir: "Bir neçə ildir ölkədə idxalın əvəzlənməsi prosesi gedir. Xüsusilə də kənd təsərrüfatı məhsullarına tələbin yerli istehsal hesabına ödənilməsi nəticəsində idxalın həcmi azalıb, bu da dollara tələbin bəzi aylarda aşağı düşməsinə gətirib çıxardır.

Bundan əlavə, Dövlət Neft Fondunun büdcə qarşısında öhdəlikləri yüksəkdir. Büdcə gəlirlərinin təxminən 50 faizi Dövlət Neft Fondunun transferləri hesabına formalaşır. Fond dollar satıb manat alır və həmin məbləği büdcəyə transfer edir. Dövlət Neft Fondunun təklif etdiyi dollar həcminin tələbdən yüksək olması hərraca çıxarılan dolların bir qisminin satılmamasına səbəb olur.

Bütün bunlara baxmayaraq, manatın möhkəmlənməsi gözlənilən deyil. Əvvələn, manatın möhkəmlənməsi Azərbaycanın ixracatına mənfi təsir göstərə bilər. Çünki qeyri-neft məhsullarının ixracatı üçün manatın məzənnəsi çox önəmlidir, manat bahalaşarsa, bu məhsulların dollar ifadəsində qiymətinin artmasına və xarici bazarlarda rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bank manatın möhkəmlənməsində maraqlı olmamalıdır. Güman edirəm ki, hökumət, eləcə də Mərkəzi Bank manatın məzənnəsini mövcud səviyyədə saxlayacaq".

Səbuhi TURAN

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?