19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-da Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının idarə heyətinin sədri Teybə Quliyeva və palatanın üzvləri ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə qurumun fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, KOB sahəsində xarici təşkilatlarla, o cümlədən agentliyin ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı barədə məlumat verilib. KOBİA və palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özəl tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?