25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"İxrac İcmalı"nın 2020-ci ilin yanvar buraxılışı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin yanvar sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 954 milyon ABŞ dolları təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 265 milyon ABŞ dolları və ya 15,7 faiz artıb. Ötən il ərzində Rusiyaya 690,6 milyon, Türkiyəyə 401,8 milyon, İsveçrəyə 179 milyon, Gürcüstana 159,1 milyon və Ukraynaya 50,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Rusiyaya qeyri-neft ixracı 11,5 faiz, Türkiyəyə 16,5 faiz, İsveçrəyə 32,2 faiz, Gürcüstana 27,8 faiz və Ukraynaya 24,6 faiz artıb.

2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2019-cu ildə meyvə-tərəvəz ixracı 605,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon, pambıq lifi ixracı 124 milyon, kimya sənayesi məhsullarının ixracı 102,9 milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2 milyon, şəkər ixracı 26,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon ABŞ dolları təşkil edib.
2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz artıb.

2019-cu ilin dekabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 10 faiz artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox mal Rusiyaya (68,3 milyon ABŞ dolları), Türkiyəyə (38,4 milyon ABŞ dolları), İsveçrəyə (15,1 milyon ABŞ dolları), Gürcüstana (8,5 milyon ABŞ dolları) və Özbəkistana (6,7 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon ABŞ dolları) birinci, xurma (20,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (14,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2019-cu ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Natural Fruit" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "P-Aqro" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.

“İxrac İcmalı”nda həm də xidmət ixracının statistik rəqəmləri göstərilib. 2019-cu il ərzində “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 43,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 22 ölkəsinə 2,9 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib. 2018-ci illə müqayisədə 2019-cu ildə “Azərkosmos” ASC-nin xidmət ixracı 70 faiz artıb.

“Azərkosmos” ASC-nin 2018-ci il ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malaziya, BƏƏ və digərləridir.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2019-cu ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 2018-ci ilin dekabr ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 257 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda göstərilib ki, 2019-ci ildə Azexport.az portalına 596 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci illə müqayisədə 2019-cu ildə Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 16 faiz artıb. 2019-cu ilin dekabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 63,4 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 dekabr tarixinə kimi (36 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 585 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 12,5 milyon ABŞ dolları olub.

“İxrac İcmalı”nın yanvar sayında “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlanılması, Azərbaycan şirkətlərinin “Beynəlxalq Yaşıl Həftə 2020” sərgisində iştirak etmələri və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?