25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı" mövzusunda təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün "Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı" mövzusunda növbəti təlim təşkil edib. KOBİA-dan bildirilib ki, məqsəd sahibkarların, xüsusilə bu ilin fevral-mart aylarında Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyanın Münhen şəhərində ixtisasartırma kursu və təcrübə keçəcək sahibkar və menecerlərin ixrac sahəsində məlumatlandırılmasıdır. Təlimdə "My Broker" MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Beynəlxalq ticarət, bazar araşdırmaları və ixracla bağlı sahibkarların marağı və müraciətləri nəzərə alınaraq 2020-ci il ərzində KOBİA tərəfindən bu sahədə müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər barədə ətraflı məlumatı KOBİA-nın internet saytındakı "Tədbirlər təqvimi" bölməsindən əldə etmək olar (smb.gov.az).

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?