13 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan minimum əməkhaqqının artımına görə dünyada ikincidir

Azərbaycan minimum əməkhaqqının artım səviyyəsinə görə bu ilin əvvəlinə olan göstəriciyə görə dünya reytinqində ikinci yeri tutub. “Report” xəbər verir ki, “Picodi.com” tərəfindən minimum əməkhaqqının qanuniləşdirildiyi 54 ölkəyə dair apardığı araşdırmaya əsasən, Azərbaycanda 140 ABŞ dolları səviyyəsində olan minimum əməkhaqqının 2019-cu il ərzində artımı 37,7 faiz olub.

Reytinqdə 64,8 faizlə birinci yerdə qərarlaşan Nigeriya rəsmi minimum əməkhaqqının cəmi 74 dollar olan məbləğinə görə dünyada sonuncular arasındadır. Üçüncü yerdə isə 37,1 faizlik artım göstəricisi ilə Argentina qərarlaşıb.

Digər tərəfdən, ABŞ, Cənubi Afrika Respublikası, İspaniya, Latviya kimi ölkələrdə minimum əməkhaqqı il ərzində dəyişməyib.
Araşdırmaya görə Honkonq, Filippin kimi ölkələrdə minimum əməkhaqqından vergi tutulmadığı halda Rumıniyada məbləğindən asılı olmayaraq bütün əməkhaqqına 40 faizədək vergi tətbiq olunur. Minimum əməkhaqqının ən yüksək olduğu ölkələr isə Lüksemburq (1989 ABŞ dolları), Avstraliya (1923), İrlandiyadır (1723).

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?