11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycandan meyvə-tərəvəz ixracı 9 faiz artıb

2019-cu ilin 11 ayı ərzində Azərbaycanda meyvə-tərəvəz ixracı 541,9 milyon dollara çatıb. "İxrac icmalı"na əsasən, plastmass və onlardan hazırlanan məmulatların ixracı 168,1 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon dollar, pambıq lifi ixracı 108,8 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 95,5 milyon dollar, elektrik enerjisinin ixracı 76 milyon dolar olub. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3 milyon, şəkər ixracı 26,4 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6 milyon dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb.

2019-cu ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 208 milyon dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon dolları və ya 15 faiz artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya, Türkiyəyə, Gürcüstana, İsveçrəyə və Ukraynaya ixrac edilib.

2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?