7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

IFC Azərbaycanla bağlı prioritetlərini açıqlayıb

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla bağlı gələcək fəaliyyətində iki əsas layihəni prioritet hesab edir. Bunu "Report"a eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib: "Beynəlxalq Maliyyə Korporasiyası olaraq bizim əsas fokuslandığımız məsələ "Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi" layihəsinin və "Elektron və rəqəmsal maliyyə xidmətləri" layihəsinin icrasıdır".

IFC rəsmisi həmçinin Azərbaycanın kommersiya banklarındakı paylarının artırılması məsələsinə də toxunub: "Azərbaycandakı banklarda payımızın artırılması ilə bağlı müraciətlər yoxdur. Bu səbəbdən də hələlik müzakirə aparmırıq".

Qeyd edək ki, "Azərbaycanda investisiya mühiti və aqrobiznes rəqabətliliyi" layihəsi üzrə saziş bu ilin mayın 8-də imzalanıb. Azərbaycan tərəfdən bu sənədə Baş Nazirin müavini Yaqub Eyyubov imza atıb.

"Elektron və rəqəmsal maliyyə xidmətləri" layihəsi isə 2017-ci ildən icra olunur.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu vaxta qədər korporasiya Azərbaycandakı layihələrə 473 mln. ABŞ dolları vəsait ayırıb. Bunun 73 mln. dolları digər tərəfdaşlarla birlikdə maliyyə, infrastruktur və emal sektorlarında icra edilən 56 layihəyə, 80 mln dolları ticarətin maliyyələşməsi proqramına, 250 mln. dolları isə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin maliyyələşməsinə ayrılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?