19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Ukrayna Ticarət Evi açılıb

Dekabrın 17-də Bakıda Ukrayna Ticarət Evi açılıb. Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, Ukrayna Ticarət Evi 2018-ci ilin aprelində təsis olunub. Logistik mərkəz və iqtisadi-ticarət məkanı rolunu oynayacaq Ukrayna Ticarət Evinin açılmasında məqsəd ölkələrimiz arasında işgüzar əlaqələrin, ikitərəfli ticarətin genişləndirilməsi, həmçinin, iş adamları arasında yeni əlaqələrin qurulmasına dəstək verilməsi, konsaltinq və digər kommersiya xidmətlərinin göstərilməsidir.

Ümumi sahəsi 1.000 kvadratmetr olan ticarət evində mühəndislik, metallurgiya, kimya sənayesi, aqrar-sənaye, habelə yüksək texnologiyalı məhsulların istehsalı sahələri üzrə ixtisaslaşmış 30-dək Ukrayna şirkəti iştirakçı kimi çıxış edir.

Açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb, Ukrayna Ticarət Evinin bu sahədə əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib və Ticarət Evinin işində uğurlar arzulayıb.

Ukraynanın İnfrastruktur naziri Vlasdislav Krikli ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, Ukrayna Ticarət Evinin biznes dairələri arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsinə əlavə imkanlar yaradacağını bildirib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?