8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 1 ildə İpoteka və Kredit Zəmanət Fondunun kredit portfeli 19 faiz böyüyüb

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il oktyabrın 1-nə 1.188,497 milyon manat təşkil edib. Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. İKZF-in aktivlərinin 81,1 faizini və yaxud 963,529 milyon manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 18,9 faiz böyüyüb.

Hesabat dövründə İKZF-in öhdəlikləri 9,8 faiz azalaraq 538,391 milyon manata, o cümlədən borc öhdəlikləri 11,6 faiz azalaraq 513,439 milyon manata düşüb, Fondun balans kapitalı isə 22,4 faiz artaraq 650,106 milyon manata çatıb.

Bu ilin 9 ayında İKZF-in faiz gəlirləri 36,813 milyon manat (ötən ilin 9 ayına nisbətən 5,5 faiz çox), faiz xərcləri 14,644 milyon manat (15% çox), dəyərsizləşmə üzrə zərəri 434 min manat (47,9% az), haqq və komissiya xərcləri 741 min manat (30% çox), digər gəlirləri 968 min manat (9,95% az), insan resursları üzrə xərcləri 3,086 milyon manat (31,7% çox), inzibati və digər xərcləri isə 1,909 milyon manat (24,85% çox) təşkil edib. Son nəticədə Fond yanvar-sentyabr aylarını 16,967 milyon manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 5,4 faiz azdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?