3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmi 31 faiz artıb

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu barədə QSC-nin sədri Cavid Qurbanov "Rusiya Dəmir Yolları" ASC-nin idarə heyətinin yekun iclasındakı çıxışı zamanı deyib. O bildirib ki, "Rusiya Dəmir Yolları" ASC dəmir yolları şirkətlərinin dünya üçlüyünə daxildir. Şərqlə Qərbi birləşdirən, ən uzun və tamamilə elektrikləşdirilmiş 9.200 kilometrlik Trans-Sibir magistralı bunun əyani göstəricisidir.

C.Qurbanov qeyd edib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Bu yaxınlarda X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu mötəbər tədbirdə iştirakı, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ona "Dostluq" ordeninin təqdim edilməsi bunun bariz nümunəsidir. Ölkələrimiz arasında nəqliyyat, o cümlədən dəmir yolu sahəsində geniş əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya və Azərbaycan dəmir yolları beynəlxalq qurumlar çərçivəsində, o cümlədən Dəmir Yolları Əməkdaşlıq Təşkilatında ikitərəfli və çoxtərəfli formatlarda, eləcə də bir neçə tranzit nəqliyyat dəhlizinin genişləndirilməsində birgə fəaliyyət göstərir. Hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında müsbət dinamika müşahidə olunur. Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 milyon tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur. "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.

C.Qurbanov, həmçinin Trans-Sibir magistralının potensialı ilə BTQ-nin "Şərq-Qərb" formatındakı imkanları arasında sinergiya layihəsi haqqında danışıb, bu layihə ilə bağlı hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığını bildirib. Onun sözlərinə görə, tərəflərin birgə fəaliyyəti hər iki ölkənin dəmir yollarında tranzit daşımalarının ciddi artımına, nəqliyyat və logistika infranstrukturundan səmərəli istifadəyə səbəb olacaq.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması