13 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya tərəfi ilə tikinti materiallarının müştərək istehsalı zavodu tikiləcək

Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı zavodunun təməli qoyulacaq. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, bu layihə Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, sözügedən layihə Rusiya tərəfi ilə müştərək icra olunur və təməlqoyma mərasimi Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirakı ilə keçiriləcək.
Baş Nazirin müavini həmçinin əlavə edib ki, Rusiyanın nümayəndə heyəti ötən il Azərbaycanda təməli qoyulmuş QAZ avtomobillərinin yığımı zavoduna da baş çəkəcək: "Bu zavodun təməli cari ilin fevral ayında qoyulub və düşünürəm, zavod gələn ilin birinci rübündə artıq fəaliyyətlə başlayacaq".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?