17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

TAP Konsorsiumu: Azərbaycan qazı 2020-ci ilin oktyabrınadək Avropaya çatdırılmağa hazır olacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil olunan təbii qaz 2020-ci ilin oktyabr ayınadək Avropaya çatdırılmağa hazır olacaq. "APA-Economics"in "Anadolu Ajansı"na istinadən verdiyi xəbərə görə, bunu Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumunun Xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib. TAP-ın bu layihə üçün 4,5 mlrd. avro həcmində investisiya yatırdığını deyən Vüqar Veysəlov layihənin 90,5 faizinin tamamlandığını deyb: "Layihənin əsas ölkələri Yunanıstan, Albaniya və İtaliyayadır. Trans-Anadolu qaz kəmərindən (TANAP) alınan 10 mlrd. kubmetr təbii qazı TAP Avropaya nəql edəcək. Lakin bu miqdar tələbatdan və nəqliyyatçıların qərarından asılı olacaq".

Qeyd edək ki, noyabrın 30-da Edirnenin İpsala rayonunda TANAP kəməri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə TAP-a bağlandı. Mərasimdəki çıxışında Rəcəb Tayyib Ərdoğan Avropaya təbii qaz nəqli üçün TAP-ın ən qısa zamanda tamamlama işlərini başa çatdırmasını vurğulayıb.

Xatırladaq ki, uzunluğu 1.850 km olan TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

TANAP və TAP "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəməri ilə birlikdə 40 mlrd. dollar sərmayə ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin dəyər şəbəkəsinə daxildir. Cənub Qaz Dəhlizi Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya ortaqlığı ilə həyata keçirilərkən, gələcəkdə layihəyə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da qatılması gözlənilir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri