24 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA daha bir bankla əməkdaşlıq edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sahədə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə “Rabitəbank”la əməkdaşlıq edəcək. Bu əməkdaşlıq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi" çərçivəsində həyata keçiriləcək. "Rabitəbank" layihənin agent bankıdır.

Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına maliyyə dəstəyi göstərməkdir. Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq 3 mln. ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində götürüləcək kreditin müddəti 7 il, kredit faizi isə 8,8 faizdir.

KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları layihə barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandıracaq, onlara informasiya və məsləhət xidmətləri göstərəcək, aqrar sahədə öz biznesini qurmaq və genişləndirmək üçün Agentliyə maliyyə dəstəyi üçün müraciət edən sahibkarları bankla əlaqələndirəcəkdir. Bundan başqa, KOBİA-nın əlaqələndirməsi ilə layihə çərçivəsində kredit götürmək üçün banka müraciət edəcək sahibkarlara biznes kreditlərinə 1 faiz güzəşt olunacaqdır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?