15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında çıxış edib və TRACECA –nın tarixi əhəmiyyətindən danışıb: "Tarixi İpək yolunun bərpasında TRACECA ilk qığılcım olub".

Onun sözlərinə görə, TRACECA nəqliyyat dəhlizinin inkisafı üzv ölkələr üçün də mühüm əhəmiyyətə malikdir: "Səylərimizi birləşdirərək TRACECA-nın cəlbediciliyini artıra bilərik".

Nazir Azərbaycanın tranzit potensialına diqqət çəkib:"Azərbaycanın Şərqlə Qərbin mərkəzində yerləşməsi, avtomobil yolları və dəmir yollarının inkişafı, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası nəqliyyat sektorunun inkişafına şərait yaradıb və Azərbaycanın tranzit potensialı güclənib. Bakı-Tbilisi-Qars xüsusi olaraq vurğulanmalıdır. Bu nəqliyyat dəhlizi xalqlar arasında körpü rolunu oynayır".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?